Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı fəhlənin sinəsinə armatur batıb. Yaralı Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Yaralının xilas edilməsi məqsədilə diaqnostika mərkəzinə FHN-nın xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.
Yaralı Bərdə Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb