• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Tarixi riyaziyyat problemi HƏLL OLUNDU

DÜNYA

13 May 2025 | 12:18

Tarixi riyaziyyat problemi HƏLL OLUNDU

Cəbr tarixində həlli tapılmamış məsələlərdən biri çözülüb.

Bakıvaxtı.az bu barədə “Haber Global”a istinadla xəbər verir.

Məlumata görə, cəbr tarixinin həll olunmamış problemlərindən biri Sidneydəki Yeni Cənubi Uels Universitetinin (UNSW) professoru Norman Wildberger tərəfindən hazırlanmış yeni üsulla çözülüb.

İllərdir beşinci və daha yüksək dərəcəli tənliklərin köklü ifadələrlə ümumi həlli mümkün deyildi. Belə tənliklər təkcə nəzəri riyaziyyatda deyil, planetar hərəkətlərin hesablanmasından proqram təminatının kodlaşdırılmasına qədər bir çox sahələrdə istifadə olunur. Bununla belə, tərkibində X-in beşinci dərəcəsi və daha yuxarı olan yüksək dərəcəli çoxhədlər üçün universal həll düsturu bu günə qədər işlənməyib.

Norman Wildberger tərəfindən hazırlanmış metod beşinci və daha yüksək dərəcəli çoxhədli tənliklərin həlli üçün cəbr tarixinə yeni işıq saçır.

ElşənMəmmədzadə

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəai

Bakıvaxtı.az


SON XƏBƏRLƏR