Paris məhkəməsi fransalı tanınmış aktyor Jerar Depardyeni iki qadına qarşı cinsi zorakılıqda təqsirli bilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, 76 yaşlı aktyor 2021-ci ildə film çəkilişi zamanı iki qadına qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinərək şərti olaraq 18 ay müddətinə azadlıqdan məhrum edilib.
Bununla yanaşı, onun adı seksual cinayətlər törətmiş şəxslərin rəsmi siyahısına daxil ediləcək.
Aktyor özü məhkəmədə iştirak etməyib və onu vəkili təmsil edib.
Xatırladaq ki, 54 yaşlı rəssam-dekorator və 34 yaşlı Sara adlı rejissor köməkçisi Depardyeni hadisədən 3 il sonra, yəni 2024-cü ildə məhkəməyə vermişdilər.