• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

AMB lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək

İQTİSADİYYAT

13 May 2025 | 15:48

AMB lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyalaşdırmanı elektron qaydada həyata keçirmək üçün xüsusi portal hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib.

Onun sözlərinə görə, portalın məqsədi kağız daşıyıcılardan istifadəyə son qoyulmasıdır.

"Lisenziya almaq istəyən təşkilat sənədlərini portala yükləyəcək və AMB onları yoxlayacaq. Sənədlərdə hər hansı çatışmazlıq olduqda, yaxud onlar tam olmadıqda lisenziya üçün müraciət etmək mümkün olmayacaq. AMB və təşkilat arasında yazışmalar və təkmilləşdirmə işləri bu portal üzərindən yerinə yetiriləcək. Bu isə tam elektronlaşma deməkdir. Portalın istifadəyə verilməsi səmərəliliyi artıracaq və bazarın müsbət inkişaşfına təsir edəcək", - deyə AMB rəsmisi qeyd edib.


SON XƏBƏRLƏR