• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Neftçalada 18 min dəyərində naqil oğurlanıb

CƏMİYYƏT

13 May 2025 | 14:32

Neftçalada 18 min dəyərində naqil oğurlanıb

Neftçalada kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədəDİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.

Məlumata görə, adıçəkilən şəxslərin rabitə dirəklərindən 18 000 manat dəyərində 4995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


SON XƏBƏRLƏR