• Bakı 19° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Aİ baş qərargah rəislərinin görüşü mayın 15-də keçiriləcək

DÜNYA

13 May 2025 | 13:43

Aİ baş qərargah rəislərinin görüşü mayın 15-də keçiriləcək

Avropa İttifaqı (Aİ) baş qərargah rəislərinin görüşü mayın 15-də Brüsseldə keçiriləcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

"Aİ-nin Hərbi Komitəsinin baş qərargah rəisləri səviyyəsində iclası mayın 15-də Brüsseldə Hərbi Komitənin rəhbəri general Robert Brigerin sədrliyi ilə keçiriləcək", - məlumatda bildirilib.

Avropa Komissiyasının təklif etdiyi və 2030-cu ilə qədər Avropa ölkələrinin döyüş hazırlığının artırılmasını nəzərdə tutan strategiya çərçivəsində Aİ ölkələrinin institutları və silahlı qüvvələri ilə bağlı islahatların aparılması görüşün əsas mövzusu olacaq.

NATO baş qərargah rəislərinin görüşündə Avropanın Kiyevə hərbi yardımının artırılması imkanları və Avropa ölkələrinin hərbi planlarının alyans ölkələrinin hərbi xərclərinin hazırkı 2 %-dən 2032-ci ilə qədər 5 %-ə qaldırılmasına uyğunlaşdırılması müzakirə ediləcək.


SON XƏBƏRLƏR