• Bakı 19° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

İdeyalarınız oğurlana bilər - Məşhur astroloqdan XƏBƏRDARLIQ

CƏMİYYƏT

13 May 2025 | 12:39

İdeyalarınız oğurlana bilər - Məşhur astroloqdan XƏBƏRDARLIQ

Bu gün Merkuri və Pluton kvadrat bucaq əmələ gətirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur türkiyəli astroloq Dinçer Güner sosial mediasında paylaşım edib.

O bildirib ki, Merkuri ilə Pluton arasında kvadrat bucaq olacaq:

“Təsir 3 gün davam edəcək. Bu gün başqa insanlarla ünsiyyətə məcbur etmək və sıxıcı ünsiyyət qurmaq daha çox problem yaradacaq”.

Astroloq paranoyaya qarşı diqqətli olmağı, lazımsız qısqanclıqdan çəkinməyi tövsiyə edir. Bildirir ki, rəsmi işinizi idarə edərkən vəzifələrdə ünsiyyət quracağınız insanlara qarşı daha konstruktiv və nəzakətli olmağa çalışın.

“Layihələrinizi və ideyalarınızı heç kimlə paylaşmamağa diqqət edin, çünki məlumat oğurluğu baş verə bilər. Onlayn alış-veriş edərkən diqqətli olun, etibar etmədiyiniz saytlardan alış-veriş etməyin”, - Dinçer Güner paylaşımda qeyd edib.

Rüfət Nəbiyev

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR