• Bakı 18° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Daha 68 nəqliyyat vasitəsi özəlləşdirilib

İQTİSADİYYAT

13 May 2025 | 16:14

Daha 68 nəqliyyat vasitəsi özəlləşdirilib

Mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 51 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 18.200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20.000 manata, 3.600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8.344 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/Q2ItN linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 20 və 27 may tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


SON XƏBƏRLƏR