• Bakı 17° C

    14.1 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Aİ Rusiyaya qarşı yeni sanksiya paketi HAZIRLAYIR

DÜNYA

13 May 2025 | 20:21

Aİ Rusiyaya qarşı yeni sanksiya paketi HAZIRLAYIR

Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı növbəti sanksiya paketini hazırlayır və bununla bağlı qərar iyunun sonunadək qəbul edilməlidir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə mətbuat konfransında bildirib.

"Sanksiyalara gəlincə, Avropa İttifaqı artıq növbəti paketi hazırlayır. Bu məsələ ilə bağlı qərar iyunun sonunadək qəbul edilməlidir", - o deyib. Kansler sanksiyaların enerji sektorunu, eləcə də "kölgə donanması"nı əhatə edəcəyini dəqiqləşdirib.

"Biz, o cümlədən mən özüm şəxsən bunu ardıcıl şəkildə və Avropa İttifaqının xətti ilə mümkün olan maksimum əməkdaşlıq çərçivəsində həyata keçirməkdə qətiyyətliyik. Biz bunu təkbaşına edə bilmərik. Lakin hələ də tərəddüd edən ölkələri bunun düzgün yol olduğuna inandırmağa çalışacağıq", - F.Merts bildirib.


SON XƏBƏRLƏR

13 May 2025