• Bakı 17° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Zelenski Ərdoğanla görüşəcək - Bu tarixdə

DÜNYA

13 May 2025 | 20:00

Zelenski Ərdoğanla görüşəcək - Bu tarixdə

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib ki, cümə axşamı, mayın 15-də Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Ukrayna lideri Rusiya prezidenti Vladimir Putinlə Ankara və ya İstanbulda görüşməyə ümid etdiyini də bildirib.

Kiyevin Rusiya Federasiyası və Ukrayna nümayəndələrinin fərqli tərkibdə görüşünün mümkünlüyünü nəzərdən keçirib-görməməsi barədə danışan Zelenski mənfi cavab verib.

"Biz hələ başqa formatları işləməmişik və ya müzakirə etməmişik. Mən tək olmayacağam, bu bir faktdır, amma məsələ bu deyil", - deyə Zelenski bildirib. 

Siyasətçi əlavə edib ki, gələcəkdə danışıqlar qruplarının görüşləri mümkündür, lakin onun fikrincə, bunun baş verməsi üçün atəşkəslə bağlı razılaşmaların əldə olunması lazımdır.


SON XƏBƏRLƏR

13 May 2025