Hindistanın qərbində “Air India” aviaşirkətinin qəzaya uğramış “Boeing 787 Dreamliner” təyyarəsinin bir sərnişini sağ qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “News 18” telekanalı məlumat yayıb.
"Polis qəza yerində sağ qalan bir nəfəri aşkarlayıb", - telekanal Əhmədbad polisinin məlumatına istinadən bildirib.
Məlumata görə, o, Hindistan vətəndaşıdır və hazırda xəstəxanadadır.
Daha əvvəl göyərtədə olan 242 nəfərin hamısının həlak olduğu bildirilmişdi.