Cari ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 7 milyard 755,7 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz çoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında məlumat əksini tapıb.
Bildirilir ki, bunun 2 milyard 14,4 milyon dollarını ixrac (artım 14,2 faiz), 5 milyard 741,3 milyon dollarını (artım 15,7 faiz) isə idxal təşkil edib.
Məlumata görə, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsində 3 milyard 726,9 milyon dollar mənfi saldo qeydə alınıb ki, bu da xarici ticarət dövriyyəsinin 48,1 faizini təşkil edir.