ABŞ İranda yaşayan nüvə tədqiqatları ilə əlaqəli şəxslərə və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Açıqlamada İranın Müdafiə Araşdırmaları və İnnovasiyaları Təşkilatının nəzdində fəaliyyət göstərən bəzi şəxslər və təşkilatların sanksiya siyahısına salındığı bildirilib.
Bəyanatda bu addımın İranın nüvə silahı hazırlamaq səylərini məhdudlaşdırmaq məqsədi daşıdığı qeyd edilib.
Əli Hüseynov