Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının martın 16-dan 24-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 18 futzalçı dəvət edib.
Toplanışın sonunda səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.
Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə
Oyunçular: Rəvan Məsiyev, Pünhan Qasımzadə, Ədalət Ələkbərov, Nazim Hüseynov, Rəvan Quliyev, Kazım Zülfüqarlı, Elgün Sadıqlı, Fariz Hüseynov, Murad Fərzəliyev, Aslan Hüseynov, Bəyoğlan Vəlizadə, Hüseyn Cəfərzadə, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Hüseyn Məmmədli, Umud Qasımov
Qeyd edək ki, 7-ci qrupda yer alan U-19 martın 26-da Bosniya və Herseqovina, ertəsi gün – martın 27-də Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Komandamız qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək.
Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq. Ancaq birinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.