ABŞ Rusiyanın Arktikadakı uğurlarına görə böyük buzqıran gəmi layihəsini işə salacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın gəmiqayırma sənayesindəki mənbə bildirib.
Məlumata görə, ABŞ-nin kütləvi şəkildə buzqıran gəmilər tikmək qərarına Rusiyanın Arktikada artan fəallığı və Vaşinqtonun regionda mövcudluğunu gücləndirmək istəyi səbəb olub.
Mənbənin sözlərinə görə, ABŞ Arktikaya öz strateji maraqlarının zonası kimi baxır və Rusiyanın Şimal dəniz yolunun inkişafındakı uğurundan narahatdır.
Bildirilib ki, Arktika şəraitində səmərəli fəaliyyət üçün zəruri olan öz buzqıran donanmasının olmaması Amerika rəhbərliyini genişmiqyaslı tikinti proqramını həyata keçirməyə vadar edən əsas amildir.
Mənbə ABŞ-nin Arktika dənizlərində yüklərin çatdırılmasını təmin etmək üçün müxtəlif dərəcəli buzqıran gəmilərə ciddi ehtiyac olduğunu vurğulayıb.
Hal-hazırda Rusiyanın Arktika donanması səkkiz nüvə və otuz dörd dizel-elektrik də daxil olmaqla 42 buzqıran gəmidən ibarətdir ki, bunlardan ən görkəmliləri 22220 layihəsinin (Arktika, Ural, Sibir, Çukotka ) hər birinin gücü 60 MVt olan universal nüvə buzqıranlarıdır.
Qeyd olunub ki, Rusiyada 120 MVt gücündə Layihə 22220 (Çukotka, Leninqrad) və dünyanın ən güclü 10510 Layihəsinin (Lider) buzqıran gəmisi "Rossiya"nın tikintisi davam edir.
Mina Mikayılova