Fransada aparılan yeni bir araşdırma, barmaqlarınızı ritmik şəkildə masaya vurmağın, səs-küylü şəraitdə danışılanları daha yaxşı başa düşməyə kömək edə biləcəyini göstərib.
Bakıvaxtı.az xəbər verir ki, araşdırmanın nəticələri "Proceedings of the Royal Society B" jurnalında dərc olunub.
Aix-Marsel universitetindən psixolinqvist Noemi te Rietmolenin rəhbərlik etdiyi tədqiqat qrupu, beynin hərəkət sistemi ilə səsli məlumatı necə işlədiyini araşdırıb.
Onların qənaətinə görə, motor sistem təkcə hərəkəti idarə etmir, həm də zamanlama məlumatlarını qavramaqda fəal iştirak edir.
Aparılan eksperimentdə iştirakçılar arxa planda müxtəlif diqqət yayındırıcı səslər olan 40 fərqli cümləyə qulaq asıblar. Əsas mərhələdə isə onlara dinləməyə başlamazdan əvvəl müxtəlif “hazırlıq” üsulları tətbiq olunub: Bəziləri barmaqları ilə öz seçdikləri ritmdə masaya vurub, bəziləri isə əvvəlcədən təqdim olunan bir ritmə uyğun hərəkət edib. Digərləri isə sadəcə ritmə qulaq asıb və ya səssizcə danışığın başlamasını gözləyib.
Tədqiqatçılar bildirir ki, bu tapıntılar motor sistemin danışığın təbii zamanlamasını emal etməkdə funksional rol oynadığını sübut edir. Yəni növbəti dəfə səs-küylü bir yerdə kimisə eşitməkdə çətinlik çəksəniz, barmaqlarınızı masaya yüngülcə vuraraq ritm tutmağı sınayın – beyninizin səsə fokuslanmasına kömək edə bilər.
Nuriyyə Musayeva