Qəbələdə yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyən edilib.
Bakıvaxtı.az xəbər veriri ki, qəzada "Nissan Navara" markalı avtomobilin sürücüsü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
***
08:20
Qəbələdə ağır yol qəzası baş verib.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




