Sudanlı dünya çempionu Abubaker Kaki artilleriya hücumu nəticəsində həlak olub.
Bakıvaxtı.az "Sudafax"a istinadən xəbər verir ki, 35 yaşlı atlet Əl Faşirdəki evinin artilleriyadan atəşə tutulması nəticəsində ölüb.
Evinə minaatan mərmi düşən idmançı dərhal ölüb, ailə üzvlərindən bir neçəsi isə yaralanıb.
Qeyd edək ki, sudanlı sprinter iki dəfə (2008, 2010) qapalı məkanda keçirilən dünya çempionatının qalibi olub. 2008-ci ildə isə 18 yaşında turnirin ən gənc qalibi adını qazanıb. O, 2011-ci ildə keçirilən mundialda 800 metr məsafəyə qaçış üzrə gümüş mükafat qazanıb. İdmançı 2008-ci ildə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Sudan yığmasının bayraqdarı olub.