• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Tacikistanda zəlzələdən sonra təxminən 100 ev dağılıb

DÜNYA

14 Aprel 2025 | 09:04

Tacikistanda zəlzələdən sonra təxminən 100 ev dağılıb

Tacikistanın iki rayonunda təxminən 100 yaşayış evi aprelin 13-də ölkədə baş vermiş zəlzələ nəticəsində dağılıb və daha onlarla bina zərər görüb, bir uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunub ki, ilkin məlumatlara görə, Raşt rayonunun beş kəndində 40 yaşayış evi tamamilə dağılıb, 5 yaşayış evi, 3 çayxana və məktəbin 1 yardımçı tikilisi qismən dağılıb. Bundan başqa, Uşturpast kəndində üç yaşlı uşaq evin divarı altında qalaraq ölüb. Onun ölümü barədə əvvəllər FHK-dan məlumat verilmişdi.

“Ümumilikdə Tacikabad rayonunda ilkin məlumatlara görə, 54 yaşayış evi tamamilə dağılıb, 45 ev qismən zərər görüb, 61 yaşayış evi və 2 orta təhsil müəssisəsi binası yüngül zədələr alıb, 196 yardımçı tikili tamamilə zərər görüb, 3 çayxana və 1 tibb müəssisəsi qismən zərər görüb”, – qurumdan əlavə ediblər.


SON XƏBƏRLƏR