Şotlandiyada ölümcül xəstəlikdən əziyyət çəkən insanların həyatlarına son qoymaq üçün yardım istəməsinə imkan verən “Assisted Dying” (yardımlı ölüm) qanun layihəsi parlamentin ilkin müzakirəsindən keçib.
Bakıvaxtı.az “BBC”yə istinadla xəbər verir ki, qanun layihəsinə əsasən, sağalmaz xəstə olan şəxslərə öz həyatlarına tibbi yardım vasitəsilə son qoymaq imkanı veriləcək. Layihənin məqsədi ağrılı və geridönməz xəstəliklərlə yaşayan insanlara daha ləyaqətli şəkildə həyatdan ayrılmaq seçimini təqdim etməkdir. Qanun hələ iki mərhələdən- düzəlişlər, müzakirələr və təhlillərdən keçməlidir. Bundan sonra Şotlandiya Parlamentində yekun səsvermə keçiriləcək.
Bu məsələ uzun illərdir Şotlandiyada həm ictimaiyyət, həm də siyasətçilər arasında geniş müzakirə olunur. Cəmiyyətdə qanunun həm tərəfdarları, həm də əleyhdarları olan ciddi fikir ayrılığı mövcuddur.