• Bakı 19° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Vşinqton bu sistemləri bizə satmaqdan imtina edir - Zelenski

DÜNYA

14 Aprel 2025 | 10:50

Vşinqton bu sistemləri bizə satmaqdan imtina edir - Zelenski

Ukrayna ABŞ-dən 10 ədəd “Patriot” zenit-raket kompleksini (ZRK) 15 milyard dollara almağa hazırdır, lakin Vaşinqton qurğuları satmaqdan imtina edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində bildirib.

"Bizə bəzi şəhərləri müdafiə etmək üçün ən azı 10 “Patriot” sistemi lazımdır, bu isə 15 milyard dollardır. Biz bu 15 milyard dolları ödəməyə hazırıq", - o qeyd edib.

V.Zelenskinin sözlərinə görə, Ukrayna avropalı tərəfdaşların hesabına ABŞ-dən hava hücumundan müdafiə sistemlərini və digər silahları almaq niyyətindədir.

"Bizim hava hücumundan müdafiə sistemlərimiz yoxdur. Bizə lazım olan yeni silahlarla bağlı paketi Birləşmiş Ştatlara təqdim etmişik. Bu paketi almağa hazırıq. Biz müvafiq paketləri bizimlə birlikdə maliyyələşdirməyə hazır olan avropalı tərəfdaşlarla müzakirə etmişik", - prezident əlavə edib.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025