• Bakı 17° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bakıda “NİVA” YANDI - VİDEO

HADİSƏ

15 Mart 2025 | 10:15

Bakıda “NİVA” YANDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş “NİVA” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “NİVA” markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

14 Mart 2025