"Azercell Telekom" MMC-yə məxsus dəyəri 6000 manat olan mobil telefon nömrələri hərraca çıxarılır.
Əmlak Məsələləri Dövlət Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hərrac aprelin 11-də keçiriləcək.
Hərraca "Azercell Telekom" MMC-yə məxsus 32 nömrə çıxarılacaq. Onlardan 14-nün dəyəri 6000, 18-nin dəyəri isə 1800 manat təşkil edir.
İlkin satış qiymətinin 10%-i həcmində beh tələb edilir.