• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Temperatur enəcək, leysan yağacaq - PROQNOZ

CƏMİYYƏT

14 Aprel 2025 | 13:05

Temperatur enəcək, leysan yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.


SON XƏBƏRLƏR