• Bakı 10° C

    15.02 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

14 Aprel 2025 | 13:42

Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq - XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.


SON XƏBƏRLƏR