Bu ilin birinci rübündə Dövlət Miqrasiya Xidməti (DMX) 102 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.
Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.