• Bakı 16° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Qaradağ rayonunda 3 kiloqram narkotik vasitə aşkarlanıb

HADİSƏ

15 Mart 2025 | 13:39

Qaradağ rayonunda 3 kiloqram narkotik vasitə aşkarlanıb

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Bakı-Ələt avtomobil yolunun 47-ci kilometrliyində baş tutan tədbir nəticəsində 22 yaşlı Əşrəf Əliyev və 21 yaşlı Sadiq Əhədov saxlanılıblar. Onların üzərinə və Ə.Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin,tiryək,marixuama və 100 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri Qaradağ rayonu ərazisindəki əvvəlcədən təyin etdikləri yerdən götürdüklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.


SON XƏBƏRLƏR

14 Mart 2025