• Bakı 16° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Horadiz-Ağbənd dəmir yolu xəttində ötən il görülmüş işlər açıqlanıb

CƏMİYYƏT

15 Mart 2025 | 13:01

Horadiz-Ağbənd dəmir yolu xəttində ötən il görülmüş işlər açıqlanıb

2024-cü ildə Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 2,3 min kubmetr torpaq işləri yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Məlumata əsasən, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 8 ədəd körpünün, 2 ədəd alt keçidin, 14 ədəd suötürücü boruların və 629 pm istinad divarlarının tikinti işləri tamamlanıb. Bu dəmir yolu xəttində 2 ədəd dəmir yolu tunellərin qazılması, 1 ədəd tunelin və 1 ədəd qalereyanın dəmir-beton işlərinin tamamlanması, 8,6 kilometr rels-şpal çərçivələrinin, 1,6 kilometr uzunölçülü relslərin və 6 ədəd yoldəyişən qurğunun quraşdırılması işləri yekunlaşıb.


SON XƏBƏRLƏR

14 Mart 2025