• Bakı 15° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...” - Video

CƏMİYYƏT

15 Mart 2025 | 10:23

“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...” - Video

Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Hazırda həmin xəstəxana Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi kimi fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xəzər TV”yə sakinlər məlumat veriblər. 

Onların sözlərinə görə, 2011-ci ildə inşa olunmuş Şəki rayonu Aşağı Göynük Kənd Xəstəxanası 2020-ci ilədək 10 kəndin təxminən 20 mindən çox əhalisinə xidmət edib. Ötən ilin yanvar ayından xəstəxana Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Sakinlərin iddiasına görə, burada adi iynənin belə vurulması qadağan edilib. Buna görə də çətinliklə üzləşirlər. 

Şikayətçilərdən birinin sözlərinə görə, bəlkə də, vaxtında bu xəstəxanada müdaxilə olunsaydı, oğlu vəfat etməzdi: “Oğlumun ürəyi tutmuşdu. Gətirdim xəstəxanaya, dedilər ki, bizə iynə vurmağa icazə verilmir. Şəkiyə aparana qədər də gec oldu, uşağım rəhmətə getdi. Burada nəsə edə bilsəydilər, uşağım rəhmətə getməzdi...”

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, iynə vurulması ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından burada həyata keçirilmir: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən, ötən ildən Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Burada hazırda ilkin tibbi sanitariya yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adda xidmət həyata keçirilir. Lakin iynələrin vurulması, həmçinin sistem köçürülməsi ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından bu xidmətlər Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzində, o cümlədən digər ailə sağlamlıq mərkəzlərində həyata keçirilmir”.

Daha ətraflı süjetdə:


SON XƏBƏRLƏR

14 Mart 2025