• Bakı 17° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

3 boksçumuz finalda

İDMAN

15 Mart 2025 | 10:53

3 boksçumuz finalda

Azərbaycanın üç boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəliblər.

Bakıvaxtı.az xəbər verir ki, 50 kq çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb.

O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək.

Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27) hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib – 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27). Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.


SON XƏBƏRLƏR

14 Mart 2025