• Bakı 16° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

İDMAN

15 Mart 2025 | 13:47

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

AŞF-nin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək. Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Bakı Kristal Zalında 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

Festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına bərabərdir.


SON XƏBƏRLƏR

14 Mart 2025