• Bakı 19° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

ABŞ-də Fələstini dəstəkləyən tələbələrə qarşı həbslər davam edir

DÜNYA

15 Mart 2025 | 11:04

ABŞ-də Fələstini dəstəkləyən tələbələrə qarşı həbslər davam edir

ABŞ-nin Kolumbiya Universitetində Fələstinə dəstək aksiyalarına rəhbərlik etdiyi üçün Fələstinli aktivist Mahmud Halilin həbsindən sonra daha bir tələbənin saxlanıldığı bildirilib.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat verib.

Məlumata görə, Halilin həbsindən sonra Fələstin tərəfdarı tələbələrin vizalarının ləğvi və həbslər davam edir. ABŞ miqran xidməti viza müddətini aşdığı üçün qanunsuz yaşadığı bildirilən Fələstinli tələbə Leqaa Kordianı saxlayıb.  

Kolumbiya Universitetində doktorantura təhsili alan Ranjani Srinivasanın da "Həmasa dəstək verən fəaliyyətlərdə" iştirak etdiyi iddiası ilə 5 martda viza ləğv olunub və o, ölkəni tərk edib.  

ABŞ Dövlət Katibi Marko Rubio isə xarici tələbələrin Həmasa dəstək verdiyini iddia edərək onların vizalarının ləğv olunacağını və ölkəyə belə şəxslərin buraxılmamalı olduğunu bildirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

14 Mart 2025