• Bakı 17° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Şəmkirdə iki nəfər qidadan ZƏHƏRLƏNDİ - YENİLƏNİB

CƏMİYYƏT

15 Mart 2025 | 11:56

Şəmkirdə iki nəfər qidadan ZƏHƏRLƏNDİ - YENİLƏNİB

Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən xəbərə görə, 14.03.2025-ci il tarixində saat 10:30 radələrində 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (1-i kişi cinsi, 1-i qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

    Onlara zəruri tibbi xidmətlər göstərilib.

    Hazırda müalicələri davam etdirilir.

    Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

    ***

    09:38

    Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində baş verib.

      Belə ki, İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

      Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.


      SON XƏBƏRLƏR

      14 Mart 2025