• Bakı 16° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bu içkilər ağız xərçəngi yaradırmış

CƏMİYYƏT

15 Mart 2025 | 13:25

Bu içkilər ağız xərçəngi yaradırmış

Şəkərli qazlı içkilər gündəlik həyatda çoxlarının sevərək istehlak etdiyi içkilər arasındadır.

Bakıvaxtı.az E-saglam.az-a istinadən xəbər verir ki, elm adamları gündə cəmi bir qutu belə içki içməyin ağız xərçəngi riskini beş dəfə artırdığını müəyyən ediblər.

160.000 insanın iştirak etdiyi araşdırma göstərib ki, şəkərli içkiləri mütəmadi istehlak edən insanlarda ağız xərçəngi riski, bu içkiləri ayda bir dəfə və ya daha az içənlərlə müqayisədə daha yüksəkdir. Tədqiqatçılar bu nəticənin xüsusilə son illərdə qadınlarda artan ağız xərçəngi hallarına izah ola biləcəyini bildirirlər. Bununla belə, dəqiq nəticələr üçün daha geniş araşdırmaların aparılmasına ehtiyac olduğu vurğulanır.

Tədqiqat zamanı içkilərin konkret markaları açıqlanmasa da, onların şəkər tərkibinin ağız xərçəngi ilə əlaqəsi olduğu məlum olub. Gündə bir və ya daha çox şəkərli içki içən qadınlarda risk, ayda bir və ya daha az içənlərə nisbətən 4,87 dəfə çox olub. Bu təsir hətta siqaret çəkməyən və spirtli içkilər qəbul etməyən insanlarda da müşahidə edilib.

Elm adamları şəkərli içkilərin xərçəng riskini artırdığını və bu səbəbdən sağlam qidalanma ilə bağlı siyasətlərin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar. Tərkibində süni dadlandırıcılar olan pəhriz içkiləri bu araşdırmaya daxil edilməsə də, gələcəkdə bu mövzunun da araşdırıla biləcəyi bildirilir.

Son illərdə siqaret çəkməyən insanlarda belə ağız xərçəngi hallarının artdığı müşahidə edilir. Bunun səbəbləri tam dəqiq bilinməsə də, alimlər şəkərli içkilərin tərkibindəki maddələrin ağızdakı bakterial balansı poza biləcəyini və bunun da xərçənglə əlaqəli iltihab və hüceyrə dəyişikliklərinə səbəb ola biləcəyini ehtimal edirlər.

Sağlam həyat üçün gündəlik şəkər qəbulunun 30 qramdan çox olmaması tövsiyə edilir. Halbuki, bir qutu şəkərli içkinin tərkibində 35 qramdan çox şəkər var. Mütəxəssislər həddindən artıq şəkər istehlakının təkcə xərçəng deyil, piylənmə, ürək xəstəlikləri və diabet kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.


SON XƏBƏRLƏR

14 Mart 2025