Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 1000kv.m. olan, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasında baş vermis yanğın genişlənməsinə, həmçinin qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın ikinci mərtəbəsində yerləşən sahəsi 56kv.m. olan 3 otaqlı mənzilin mətbəxi 12kv.m. və dam örtüyünün yanar konstrukiyaları 50kv.m. sahədə yanıb.
Mənzilin və dam örtüyünün qalan hissəsi, qonşu mənzillər yanğından mühafizə olunub.