• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Ağcabədidə əməliyyat -  10 kiloqram narkotik götürüldü

HADİSƏ

13 Fevral 2025 | 12:15

Ağcabədidə əməliyyat -  10 kiloqram narkotik götürüldü

Ağcabədi rayonunda polisin saxladığı şəxsdən 10 kiloqram narkotik vasitələr aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məkumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.

Onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR