• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Ayxan Hacızadədən ABŞ səfirliyinə CAVAB

SİYASƏT

15 Yanvar 2025 | 08:52

Ayxan Hacızadədən ABŞ səfirliyinə CAVAB

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, XİN rəsmisi bu barədə "X" hesabında yazıb.

    Dipıomat bildirib ki, Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir:
    "Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır. Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”.


    SON XƏBƏRLƏR

    14 Yanvar 2025