• Bakı C

    0.12 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Makron hökuməti regionda gərginlik yaratmaq üçün zəmin hazırlayır

SİYASƏT

13 Fevral 2025 | 17:53

Makron hökuməti regionda gərginlik yaratmaq üçün zəmin hazırlayır

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla ikitərəfli münasibətləri və Bakı-İrəvan danışıqlar prosesini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökümət başçısının mətbuat xidməti məlumat yayıb. İkitərəfli münasibətlər kontekstində enerji, yol tikintisi, təhsil, turizm, infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlıq müzakirə olunub.

Vəziyyəti dəyərləndirən politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a bildirib ki, Nikol Paşinyan sülh prosesi barədə rəsmi Parisi davamlı olaraq, məlumatlandırır:

“Postmüharibə dövründə Ermənistana maliyyə və silah məsələsində dəstəyin göstərilməsinin şahidi oluruq. Makron hökuməti Paşinyan hökumətinə dəstək verir və təəssüf olsun ki, artıq ləğv olunmuş ATƏT-in Minks qrupunun keçmiş həmsədri kimi, Fransa münaqişənin həll edilməsində heç bir səy göstərmədiyi kimi, Cənubi Qafqazda sülhün əldə olunması üçün şərait yaratmır. O bunu istəmir, əksinə daha da gərginlik yaratmaq üçün zəmin hazırlayır və Ermənistanı silahlandırır. Onun şahidi oluruq ki, Paşinyan öz sələflərinin səhvini təkrarlayır. Necə ki, vaxtilə Robert Köçəryan və Serj Sarkisyan başqa dövlətlərdən gələn göstərişlərə uyğun davranaraq, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib,Qarabağ məsələsinin həllində qeyri-konstruktiv mövqe sərgiləyirdisə, bu gün biz eyni məsələni Paşinyanın timsalında görürük”.

Ekspert hesab edir ki, Fransa Ermənistanı Cənubi Qafqazda münaqişənin bir parçası kimi görür və özünü daha çox bu regionda gedən proseslərin bir parçasına çevirmək niyyəti güdür:

“Ancaq bunu bacarmır, çünki Azərbaycan buna imkan vermir. Münaqişə Ermənistan və Azərbaycan tərəfləri arasında baş verib və iki dövlət arasında da həll olunmalıdır. Burada 3-cü qüvvənin iştirakı qəbuledilməzdir. Azərbaycan rəhbərliyi bunu açıq şəkildə yüksək səviyyədə onların diqqətinə çatdırıb. Ermənistan və Fransanın arasında ikitərəfli münasibətlərin inkişafınn şahidi olacağıq”.

Zeynal Əmrəliyev, politoloq

Müsahibimizə görə, ancaq bu da yenə Paşinyan hökumətini xilas etməyəcək, çünki Fransada siyasi durum gərgindir və Makronun başı özünə qarışıb:

“Fransa parlamenti tamamilə müxalifətin əlindədir, Avropa parlamentində yenə müxalifət qalib gəlib. Fransada böyük ehtimalla növbəti seçkilərdə müxalifətin namizədi qalib gələcək. Hakimiyyətə gələn qüvvələrin Paşinyanla Makron qədər yaxınlıq edəcəyini düşünmürəm”.

Aydın Baxış


SON XƏBƏRLƏR