• Bakı 24° C

    5.03 m/s

İsrail səfirliyindən 20 Yanvar PAYLAŞIMI

SİYASƏT

20 Yanvar 2026 | 10:57 | Müəllif: Qalib İbrahimoğlu

İsrail səfirliyindən 20 Yanvar PAYLAŞIMI

20 Yanvar 1990-cı il Azərbaycanın tarixində həm faciə, həm də cəsarət günü kimi əbədi həkk olunub - qan və dirənişlə yoğrulmuş bir oyanış.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

"Tankların kölgəsi altında xalqın iradəsi sınmadı; azadlıq andına çevrildi. Zaman keçir, dərs qalır: zülm müvəqqəti, xalqın ruhu isə əbədidir. Biz gələcək naminə canlarını fəda edənləri anır, onların fədakarlığından güc alaraq gələcək nəsillər üçün sülh və harmoniya qururuq", - paylaşımda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026