• Bakı C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Ceyhun Bayramov Şəhidlər xiyabanını ziyarət etdi – FOTOLAR

SİYASƏT

20 Yanvar 2026 | 10:04

Ceyhun Bayramov Şəhidlər xiyabanını ziyarət etdi – FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, nazir ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib.

Ceyhun Bayramov şəhid məzarlarına gül dəstələri qoyub, onların ailələrinə və qazilərə göstərilən dövlət qayğısının davamlı xarakter daşıdığını vurğulayıb.

Ziyarət zamanı XİN rəhbərini Nazirliyin digər rəsmiləri də müşayiət edib.

Zeynəb Rzayeva
Foto: Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Yanvar 2026