• Bakı C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Salah "Liverpul"un ÇL rekordçusu oldu

İDMAN

19 Mart 2026 | 21:32

Salah Liverpulun ÇL rekordçusu oldu

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, ulduz futbolçu buna 1/8 final mərhələsinin "Qalatasaray"la cavab matçında (4:0) nail olub. Sözügedən görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 33 yaşlı forvard turnir tarixində 50 qol həddinə çatan ilk afrikalı futbolçu kimi tarixə düşüb.

Salah həmçinin bu matçla "Liverpul"un heyətində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu rekordunu da yeniləyib. O, 82-ci matçına çıxaraq klubun əfsanəvi müdafiəçisi Ceymi Karraheri geridə qoyub.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə "mersisaydlılar"ın heyətində bütün turnirlər daxil olmaqla çıxdığı 33 oyunda 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub.


SON XƏBƏRLƏR