"Barselona"nın hücumçusu Rafinya Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Bakıvaxtı.az xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, 29 yaşlı braziliyalı futbolçu 1/8 final mərhələsinin "Nyukasl"la cavab matçındakı (7:2) parlaq çıxışı ilə bu ada layiq görülüb. Sözügedən görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Rafinya, həmçinin meydanda 10,7 km məsafə qət edib.
Qeyd edək ki, o, səsvermədə "Barselona"nın ulduzu "Mançester Siti"yə 2 qol vuran Vinisius Junioru ("Real"), "Qalatasaray"la matçda qol müəllifi olan Dominik Soboslayı ("Liverpul") və "Bodo-Qlimt"lə oyunda 2 məhsuldar ötürmə edən Fransisku Trinkunu ("Sportinq") qabaqlayıb.
Bakı 




