• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Yaşar Əliyev Quterreşlə görüşüb

SİYASƏT

15 Yanvar 2025 | 00:49 | Müəllif: Subhan Mahmudov

Yaşar Əliyev Quterreşlə görüşüb

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.

“BMT-nin mənzil-qərargahında Baş katib Antonio Quterreş ilə səfir Yaşar Əliyevin vida görüşü səmimi və mehriban şəraitdə keçib. Söhbət zamanı səfir Əliyevin çoxtərəfli diplomatiyaya və BMT dəyərlərinin təşviqinə töhfələri, eyni zamanda Azərbaycanın milli maraqlarının “effektiv və həvəsli” müdafiəsinin həyata keçirilməsi vurğulanıb”, – məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026