• Bakı C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Xanım müstəntiq Xankəndiyə təyinat aldı

CƏMİYYƏT

14 Yanvar 2025 | 15:38

Xanım müstəntiq Xankəndiyə təyinat aldı

Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu vəzifəyə Nəzrin Rəcəbova təyinat alıb. 

Gənc müstəntiq bunu tarixi an kimi qiymətləndirib:

“Mənim Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi təyin edilməyim böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”.

Qeyd edək ki, xanım müstəntiq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.


SON XƏBƏRLƏR

14 Yanvar 2025