• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

DYP: Təhlükəsizliyə biganə yanaşan piyadaların sayı çoxluq təşkil edir

CƏMİYYƏT

13 Fevral 2025 | 12:55

DYP: Təhlükəsizliyə biganə yanaşan piyadaların sayı çoxluq təşkil edir

"Dəfələrlə real kadrlara istinad edilərək aparılan təbliğat işlərinə baxmayaraq, təəssüf ki, təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan piyadaların sayı hələ də çoxluq təşkil edir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, Abşeron və Xəzər rayonlarında qeydə alınan piyadavurma hadisələri deyilənləri bir daha təsdiq edir. Fevralın 12-si saat 07 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində Rəsul Rzalınlın idarə etdiyi “Hyundai” markalı avtomobil paytaxt sakini Ramil Babayevi vurub. Fevralın 13-ü, saat 04 radələrində isə “Nissan” markalı avtomobillə Bakı-Mərdəkan yolunda hərəkətdə olan Nurlan Qasımov paytaxt sakini Günel Şərbətovanı vurub və arxadan gələn “Ford” markalı avtomobil piyadanın üzərindən keçib. Nəqliyyatın intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu qanunla nəzərdə tutulmayan yerdən və heç bir təhlükəsizlik tədbiri görmədən keçməyə çalışan hər iki piyada hadisə yerindəcə həyatlarını itiriblər.

    BDYPİ bir daha piyadalara müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır.


    SON XƏBƏRLƏR