Çörəkotunun niyə qapı arxasına səpildiyi məlum olub.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ənənə qədim inanca söykənir.
Məlumata görə, çörəkotunun bəd nəzərdən qoruyucu təsirə malik olduğunu düşünən insanlar, qapı arxasına tökməklə evlərinə pis enerjinin girməsinin qarşısını aldığını düşünürlər.
Bolluq və əmin-amanlıq gətirmək üçün də qapı arxasına çörəkotu səpildiyi bildirilib.
Həmçinin qədim türk inanclarında çörəkotunu qapı arxasına tökmək pis ruhları evdən uzaqlaşdırmaq üçün istifadə edilən bir üsul olub.
Qeyd olunub ki, qapının arxasına tökülən çörəkotunun bu faydaları qəti şəkildə sübuta yetirilməsə də, bir çox inanc sistemində oxşar şəkildə görünür.
Belə ki, qapı arxasına tökülməsinin şərdən qoruduğu inancı sübuta yetirilməsə də, onun antimikrobiyal və antioksidant xüsusiyyətləri var.
Mina Mikayılova