Suriyadakı yeni administrasiyanın Daxili İşlər Nazirliyinə bağlı Dəməşqdəki təlim akademiyasında ölkəyə asayiş keşikçisi kimi təyin ediləcək şəxslərə təlimlər keçirilir.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanı kimi xidmət edəcək 400 suriyalı personal qara geyimləri və silahları ilə akademiyanın təlim bölgəsində düzülüb.
Təhlükəsizlik qüvvələrinin təlimindən məsul olan Hişam Hilal mediaya açıqlamasında mərkəzdə təhsil alan təhlükəsizlik qüvvələri əməkdaşlarının bir qismini bu gün təlimlərini bitirdiklərini deyib:
"Onların vəzifəsi Suriyanın bütün əyalətlərində təhlükəsizliyi təmin etmək olacaq" .
Əli Hüseynov