• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Rusiya ABŞ ilə danışıqların aparılması üçün qrup formalaşdırır

DÜNYA

13 Fevral 2025 | 14:30

Rusiya ABŞ ilə danışıqların aparılması üçün qrup formalaşdırır

Rusiya artıq ABŞ ilə danışıqlar, o cümlədən Ukraynada vəziyyətin müzakirəsi üçün qrup formalaşdırmağa başlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin qrupun tərkibi ilə bağlı qərarı sonradan elan ediləcək.

"Əlbəttə ki, iş başlanıb. Prezident müvafiq qərarlar qəbul etdikcə, biz sizi məlumatlandıracağıq", - o qeyd edib.

D.Peskov qrupa kimin rəhbərlik edə biləcəyini dəqiqləşdirməyib. Qeyd edib ki, bu barədə Putinin müvafiq qərarlarından sonra məlumat veriləcək.


SON XƏBƏRLƏR