Konqo Demokratik Respublikası Ruanda dövləti üçün hava məkanını bağlayıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Konqo Demokratik Respublikası Ruandada qeydiyyatdan keçmiş və ya yerləşən bütün təyyarələrin ölkənin hava məkanından istifadəsini qadağan etdiyini açıqlayıb.
Hesabatda bu qərarın milli təhlükəsizliyi qorumaq üçün və Ruandanın Konqo ərazisinə qarşı düşmənçilik hərəkətlərinə cavab olaraq qəbul edildiyi bildirilib.
Qeyd olunub ki, Konqo və Ruanda arasındakı böhranın əsas səbəbi 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrupdur.
Mina Mikayılova