• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Türkiyə ilə Pakistan arasında 24 müqavilə imzalandı

DÜNYA

13 Fevral 2025 | 14:22

Türkiyə ilə Pakistan arasında 24 müqavilə imzalandı

Türkiyə və Pakistan arasında 24 müqavilə imzalanıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında “Strateji tərəfdaşlığın dərinləşdirilməsi, şaxələndirilməsi və institusionallaşdırılması” bəyannaməsi imzalanıb.

Birgə bəyannamənin imzalanmasından sonra prezident Ərdoğan və Pakistanın baş naziri Şərifin iştirakı ilə iki ölkə arasında müxtəlif sahələrdə 24 əməkdaşlıq müqaviləsi və Türkiyə-Pakistan Biznes Forumu ilə bağlı iki anlaşma memorandumu imzalanıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR